Beynəlxalq axtarışda olan ər-arvad  TUTULDU
30 mart 2026 18:08 (UTC +04:00)

Beynəlxalq axtarışda olan ər-arvad TUTULDU

0

Qazaxıstan Daxili İşlər Nazirliyinin Kriminal Polis Departamentinin əməkdaşları Jambıl vilayəti ərazisində beynəlxalq axtarışda olan ər-arvad cütlüyünü saxlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, 40 yaşlı kişi və onun 45 yaşlı həyat yoldaşı aldatma, eləcə də etibardan sui-istifadə yolu ilə müxtəlif bəhanələrlə Astana, həmçinin Semey sakinlərinin pul vəsaitlərini ələ keçiriblər.

Daxili İşlər Nazirliyindən bildirilib ki, ümumi zərər məbləği təxminən 200 milyon tenge təşkil edib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, şübhəlilər uzun müddət ərzində regionun yaşayış məntəqələrindən birində tanışlarının yanında gizləniblər.

Saxlanılan şəxslər müvəqqəti saxlanma təcridxanasına yerləşdiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar