Britaniyalı rəssamın itmiş tablosu 150 ildən sonra  tapıldı
07 iyun 2025 04:52 (UTC +04:00)

Britaniyalı rəssamın itmiş tablosu 150 ildən sonra tapıldı

Dünyaca məşhur britaniyalı rəssam Jozef Mallord Uilyam Törnerin ilk dəfə sərgilənmiş yağlı boya tablosu “The Rising Squall” 150 ildən sonra tapılıb və hərraca çıxarılacaq.

Lent.az "BBC"yə istinadla xəbər verir ki, tabloda Bristol şəhərindəki keçmiş isti su bulağı və kurort məkanının dramatik mənzərəsi, Avon çayının şərq sahilindən baxış bucağı ilə təsvir olunub. Bu mənzərə Klifton asma körpüsünün inşasından əvvəlki dövrə aiddir. Əsər illər ərzində dünyanın müxtəlif yerlərində sərgilənib və yenidən Birləşmiş Krallığa qayıdıb, lakin bir əsrdən çox müddətdə Törnerin əsəri kimi tanınmayıb. Yalnız ötən il təmizləmə işləri zamanı müəllifin imzası üzə çıxıb.

Əsər 28 iyun - 1 iyul tarixlərində Londonda yerləşən “Sotheby’s” hərrac evində ictimai sərgidə nümayiş etdiriləcək və daha sonra təxminən 300 min funt sterlinq dəyərində hərraca çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302

Oxşar yazılar

Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək  qabiliyyəti aşkar edildi

Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi

3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN:  5 nəfər öldü

Qızıl mədənində UÇQUN: 5 nəfər öldü

3 avqust 2025 , 05:37