Əlil qızı  qaçırıb təcavüz etdilər
14 avqust 2026 14:29 (UTC +04:00)

Əlil qızı qaçırıb təcavüz etdilər

0

Türkiyənin Qaziantep şəhərində 23 yaşlı eşitmə və danışma məhdudiyyətli qızın qaçırılaraq dörd nəfərin cinsi zorakılığına məruz qaldığı iddia olunub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Şahinbəy rayonunda baş verib.

Qızlarından xəbər ala bilməyən ailə polisə müraciət edib. Axtarışlara başlayan Şahinbəy Rayon Polis İdarəsinin əməkdaşları onu taparaq təhlükəsiz yerə aparıblar. Zərərçəkmiş ifadəsində zorla avtomobilə mindirildiyini, daha sonra maşına üç nəfərin də əyləşdiyini bildirib. Onun sözlərinə görə, şübhəlilər avtomobillə kimsəsiz əraziyə gedərək burada ona cinsi təcavüz ediblər. Aparılan araşdırma nəticəsində 25 yaşlı M.Ş.E., 27 yaşlı M.T., 28 yaşlı S.B. və 17 yaşlı F.R. saxlanılıb. Şübhəlilərdən birinin boyaçı, birinin santexnik, digər ikisinin isə bərbər və bərbər köməkçisi olduğu bildirilib. Faktla bağlı istintaq davam edir. Şübhəlilər barəsində yekun hüquqi qərar məhkəmə tərəfindən veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar