Bu gün gündüz 2 saniyə tez  bitəcək
09 iyul 2025 14:29 (UTC +04:00)

Bu gün gündüz 2 saniyə tez bitəcək

Bu gün, iyulun 9-da ən qısa gün gözlənilir. Adətən Yer öz oxu ətrafında 86.400 saniyəyə, yəni düz 24 saata fırlanır. Ancaq bəzən planet çox sürətlənir.

Lent.az “The New York Post”a istinadla xəbər verir ki, iyulun 9-da Yer həmişəkindən daha sürətli fırlanacaq. Nəticədə bir günün uzunluğu 1,51 millisaniyə azalacaq - müşahidələr başlayandan bəri rekord göstərici.

Alimlərin hesablamalarına görə, gün 86 398,34 saniyə davam edəcək. Yəni, Beynəlxalq Yer Fırlanma Xidmətinin məlumatına görə, planet maksimum fırlanma sürətinə çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar