Hindistanda cadugərliklə məşğul olduqları deyilən bir ailə vəhşicəsinə qətlə yetirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Bihar əyalətinin Purnia bölgəsində baş verib.
Kənd sakinləri bir ailənin 5 üzvünü cadugərlik etdikləri iddiası ilə diri-diri yandıraraq, öldürüblər. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və hələlik azı 3 nəfər saxlanılıb. Lakin bütün kənd sakinlərinin cinayətdə əli olduğu düşünülür.
Xurafata qurban gedən ailənin isə kimliyi açıqlanmır.