Devrilmiş İran şahının oğlu:  "Əsas şəhərləri ələ keçirmək lazımdır"
10 yanvar 2026 15:40 (UTC +04:00)

Devrilmiş İran şahının oğlu: "Əsas şəhərləri ələ keçirmək lazımdır"

0

İran şah sülaləsinin varisi Rza Pəhləvi etirazçıları ölkədə hakimiyyətin güc yolu ilə ələ keçirilməsinə çağırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, videomüraciətini X sosial şəbəkəsində paylaşıb.

“Bizim məqsədimiz təkcə küçələrə çıxmaq deyil, əsas məqsəd şəhərlərin mərkəzlərini ələ keçirməyə və onları nəzarətdə saxlamağa hazırlaşmaqdır”, — deyə Pəhləvi bildirib.

O, həmçinin İran əhalisini, xüsusilə iqtisadiyyatın əsas sahələrində çalışanları, ümumi tətilə qoşulmağa çağırıb.

Hazırda ABŞ-da yaşayan Rza Pəhləvi əlavə edib ki, 1979-cu ildə İslam İnqilabından sonra ölkəni tərk etmiş atasından sonra özü də həlledici anda xalqının yanında olmaq üçün İrana qayıtmaq istərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1286

Oxşar yazılar