Dünyada bir ilk: "First Lady"  BMT TŞ-nin iclasına sədrlik edəcək
27 fevral 2026 03:44 (UTC +04:00)

Dünyada bir ilk: "First Lady" BMT TŞ-nin iclasına sədrlik edəcək

0

BMT Təhlükəsizlik Şurasının 2 mart tarixində keçiriləcək iclasına ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp sədrlik edəcək.

Lent.az xəbər verir ki, bu barədə o öz “X” hesabında məlumat verib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının sədrliyi 1 martdan etibarən bir ay müddətinə ABŞ-a keçəcək.

Bu, ABŞ administrasiya rəhbərinin və ya hər hansı bir dünya liderinin həyat yoldaşının BMT Təhlükəsizlik Şurasına sədrlik edəcəyi ilk hadisə olacaq.

Melaniya Trampın iclasda qlobal sülh üçün təhsilin və maarifləndirmənin əhəmiyyəti mövzusunda çıxış etməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar