Edam edilən ukraynalı əsirlərin  dəhşətli sayı AÇIQLANDI
04 mart 2026 13:43 (UTC +04:00)

Edam edilən ukraynalı əsirlərin dəhşətli sayı AÇIQLANDI

0

2025-ci ilin sonuna qədər Rusiya 337 ukraynalı hərbi əsiri edam edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Ali Radanın İnsan hüquqları üzrə komissarı Dmitri Lubinets BMT İnsan Hüquqları Şurasının iclasında İşgəncələr üzrə xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı bildirib.

O, Rusiyanın işgəncəni dövlət siyasətinə çevirdiyini və ondan silah kimi istifadə etdiyini vurğulayıb.

BMT-nin məlumatlarına görə, Ukrayna hərbi əsirlərinin 95 faizdən çoxu sistematik işgəncəyə məruz qalır və 2025-ci ilin sonuna qədər 337 Ukrayna hərbi əsiri ruslar tərəfindən qəsdən və amansızcasına edam edilib.

Lubinets əvvəllər 409-u mülki şəxs olan 6422 ukraynalının Rusiya əsirliyindən qaytarıldığını bildirib. Ayrı-ayrılıqda isə 2016 uşaq geri qaytarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 526

Oxşar yazılar