Dağıstan Respublikasında bir ailənin üzvləri bir il ərzində ikinci dəfə lotereyada milyon rublluq uduşlar qazanıblar.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, cütlük Kaspiysk şəhərində yaşayır. 2024-cü ildə kişi lotereyada bir milyon rubl qazanıb. Bir neçə ay sonra həyat yoldaşının da bəxti gətirib.
Püşkatmanın nəticələri elan edildikdən sonra qadın beş milyonluq mükafatın sahibi olduğunu öyrənib.
Ailə qazandıqları pulla mənzil almağı planlaşdırır.