Hindistanın Nepalla sərhədində vəhşi fil sürüsü bir qadını öldürüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Katarniyaqhat meşə massivində baş verib. Meşədən qəfil çıxan fillər sahə işlərindən qayıdan bir qrup qadını əzib.
Qadınların əksəriyyəti xilas ola bilsə də, 47 yaşlı Nepal vətəndaşı Balika Sen çarəsiz qalıb. Fillər onu xortumları ilə tutaraq, bir neçə dəfə güclə yerə çırpıblar. Aldığı ağır xəsarətlər nəticəsində qadın hadisə yerində həyatını itirib.
Meyit yalnız növbəti səhər Nepal ərazisində aşkar edilib. Cəsəd ciddi şəkildə zədələnmiş vəziyyətdə olub: üzü və bir qolu yox imiş. Meşə mühafizəçiləri ehtimal ediblər ki, cəsəd qadının ölümündən sonra leş yeyən heyvanlar tərəfindən zədələnmiş ola bilər.