Həkimlər 84 yaşlı qadına evtanaziya məsləhət  gördü - O sağalıb, dünyanı gəzir
30 mart 2026 19:54 (UTC +04:00)

Həkimlər 84 yaşlı qadına evtanaziya məsləhət gördü - O sağalıb, dünyanı gəzir

0

84 yaşlı kanadalı qadın başına gələn hadisə ilə geniş müzakirələrə səbəb olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadın osteoporoz səbəbindən yaranan ağrılarla xəstəxanaya müraciət edib. Lakin həkim ilkin müayinələr aparmadan və diaqnoz qoymadan ona evtanaziya etməyi təklif edib.

Qadının qızı bildirib ki, sonradan anasında osteoporoz fonunda baş vermiş çanaq sınığı aşkarlanıb. İlk tibbi müəssisədə bu problem müəyyən edilməyib. Miriam Lankaster bir həftə həmin xəstəxanada qaldıqdan sonra başqa bir tibb müəssisəsinə köçürülüb və orada bir ay müddətində müalicə alıb.

Müalicə xərcləri çox olsa da, cərrahi müdaxiləyə ehtiyac olmayıb və qadın tam sağalıb. Hazırda onun səhhəti yaxşıdır, aktiv həyat tərzi sürür və müxtəlif ölkələrə səyahət edir.

Cordan Viver qeyd edib ki, əgər o həmin anda anasının yanında olmasaydı, vəziyyət daha faciəvi nəticələnə bilərdi. Onun sözlərinə görə, evtanaziya ağrını birdəfəlik aradan qaldıran çıxış yolu kimi təqdim olunurdu və bu, müəyyən mənada xəstəyə təsir göstərə bilərdi.

Miriam Lankaster və qızı vurğulayıblar ki, evtanaziya bəzi hallarda, xüsusilə sağalmaz xəstəliklər və dözülməz ağrılar zamanı doğru seçim ola bilər. Lakin həkimlərin bu seçimi xəstəyə təşviq etməsi etik baxımdan düzgün hesab edilmir və belə qərarlar yalnız xəstənin və ya ailəsinin təşəbbüsü ilə müzakirə olunmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar