İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 13:20 (UTC +04:00)

İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş

Hindistanda hüquq-mühafizə orqanlarının əməkdaşları iki uşağı qurban verən və digər azyaşlı uşaqları da öldürməyi planlaşdıran özünü cadugər adlandıran 20 yaşlı gənci saxlayıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, həmin şəxs iyulun 12-də Uttar Pradeş ştatında həbs edilib. Cinayətkar öldürdüyü 14 yaşlı yeniyetmənin ailəsi ilə əlaqə saxladıqdan sonra tapılıb. Gənc iyulun 10-da namazdan sonra yoxa çıxmışdı.

Daha sonra valideynlər oğullarının telefonundan onun üçün 500 min rupi (təxminən 9800 manat) məbləğində fidyə tələbi ilə bağlı mesaj alıb, orada pul köçürmək üçün QR kodu olub. Valideynlər kiçik bir məbləğ köçürüb, polisə müraciət ediblər.

Onlar oğlanın qadcetinin GPS-ni izləyiblər. GPS onları özünü sehrbaz adlandıran şəxsin yaşadığı evə aparıb.

Saxlanılarkən həmin şəxs müqavimət göstərərək, polisə atəş açıb və özü də ayağından güllə yarası alıb. Dindirilmə zamanı o, 14 yaşlı yeniyetməni qətlə yetirdiyini etiraf edib: onun turşu ilə qismən məhv edilmiş qalıqları yerli kəndlərdən birində tərk edilmiş evdə tapılıb.

Cinayətkar 3 ay əvvəl itkin düşən 11 yaşlı uşağı da öldürdüyünü etiraf edib. Onun qalıqları cadugərlik yerindəki tarlada basdırılmış vəziyyətdə tapılıb.

Kişi ailəsinin uzun müddətdir ki, okkultizmlə əlaqəsi olduğunu və cinayət törətdiyini və "sehrli güclər qazanmaq üçün" daha on bir qurban planlaşdırdığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar