İranda etirazların 10-cu günüdür.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, bu gecə səhərə yaxın Fərdis, Kərəc İslam Şurasının binası etirazçılar tərəfindən yandırılıb.
Bundan başqa, molla rejimi ölkəni bürüyən etirazların ilk mənbəsi olan Tehran Böyük Bazarının Milli Sarayına hücum təşkil edib.
Təhlükəsizlik qüvvələri Milli Saraya gözyaşardıcı qaz atıb. Hazırda ərazidə vəziyyət gərgindir. İş adamları və vətəndaşlar bazardan çıxarılıb.
Həmçinin kanal yazır ki, Xamenei gecəylə əmr verərək Əhvazdakı Şəhid Dərviş hərbi bazasını boşaltdırıb. Səbəbi isə açıqlanmır.