İranda üç məhkumun gözü çıxarılacaq
03 avqust 2022 12:46 (UTC +04:00)

İranda üç məhkumun gözü çıxarılacaq

Tehranda dərc edilən "Hamshahri" qəzeti avqustun 2-də dərc edilən yazısında İranda 3 nəfərin kor edilməsi ilə bağlı hökmün icrası üçün Tehranın Cinayət Məhkəməsinə göndərildiyini yazıb.

Lent.az xəbər verir ki, qəzetdə həmçinin, məhkəmənin sözügedən qərarı 1 qadın və 2 kişiyə aid olduğu yazılıb və onlar qisas olaraq, gözlərinin kor edilməsi cəzasına məhkum ediliblər.

Məlumata görə, gözün çıxarılması cəzasına məhkum edilmiş qadın 11 il öncə başqa bir xanımla münaqişəyə girərək, onun üzünə kislota töküb və bu zaman qadının sağ gözü görmə qabiliyyətini itirib. Daha sonra məhkəmə prosesində həmin qadın bunu qisas almaq üçün etdiyini deyib və zərərçəkən tərəfin tələbi və məhkəmənin qərarı ilə qisas, yəni sağ gözünün kor edilməsi cəzasına məhkum olunub. 

Hər üçün şəxsin gözlərinin kor edilməsi haqqında hökm birbaşa İranın Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

# 3126
avatar

Sevinc Fərid

Oxşar yazılar