Ölkənin şimal-qərb bölgəsinin yüksək dağlıq ərazilərinə qar yağıb.
Lent.az xəbər verir ki, oktyabrın 1-dən başlayaraq bölgədə qeyri-sabit hava şəraiti hökm sürür. Fasilələrlə leysan və intensiv yağışlar müşahidə olunub, çaylarda suyun səviyyəsi kəskin artıb.
Qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda özünü büruzə verib. Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissələrinə, o cümlədən Əlibəyli və digər yüksək dağlıq ərazilərə qar yağıb.
Havanın temperaturu düzənlik ərazilərdə +10 dərəcəyədək, yüksək dağlıq ərazilərdə isə 0 dərəcədən aşağı düşüb.
Vüqar Heydərov