Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 28 yaşlı T.Əliyev və onun bacısı 30 yaşlı Ə.Əliyeva əl və üz nahiyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
İlkin məlumata görə, onlar kimyəvi maddədən yanıq xəsarətləri alıblar, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.