İranın İsrailə hücumlarında yaralananlar var.
Lent.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Qeyd edilib ki, İranın ballistik raket zərbəsindən sonra Tel-Əvivdə 44 nəfər yaralanıb.
Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
İsrail polisinin məlumatına görə, bir neçə binaya da ziyan dəyib.