İraqda bazaya PUA hücumu - 1 Fransa hərbçisi öldü, 5-i yaralandı
13 mart 2026 07:44 (UTC +04:00)

İraqda bazaya PUA hücumu - 1 Fransa hərbçisi öldü, 5-i yaralandı

0

İraqdakı bazaya PUA hücumu nəticəsində yaralanan fransız hərbçilərindən biri ölüb.

Lent.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” hesabında məlumat verib.

"“Alp Reyncers” batalyonunun baş çavuşu Arnaud Frion İraqın Ərbil şəhəri yaxınlığında baş verən hücum zamanı Fransa üçün həlak olub", - Makron yazıb.

Qeyd edək ki, İraqın Ərbil vilayətindəki hərbi bazada baş verən hadisə zamanı altı Fransa hərbçisi yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar