İsrail İranda bir sıra bölgələri vurdu
14 iyun 2025 04:23 (UTC +04:00)

İsrail İranda bir sıra bölgələri vurdu

İsrail ordusu İranın Hərbi Hava Qüvvələrinin bazalarına hücum edərək onları məhv edib.

Lent.az xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Biz İranın qərbindəki Həmədan və Təbriz aviabazalarında İran Hərbi Hava Qüvvələrinin bazalarını hədəf alan geniş əməliyyatlar həyata keçirdik.”, - məlumatda deyilir.

İsrail ordusu bundan başqa İsfahan bölgəsindəki nüvə obyektinə də hücum etdiyini açıqlayıb. İran tərəfdən hələ ki, məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

İranın Tehran şəhərində yerləşən Mehrabad hava limanında da güclü partlayış olub.

Partlayışın həcmi, dağıntılar və insan tələfatı ilə bağlı hər hansı bir məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956

Oxşar yazılar