İsrail İranda kimi məhv etməli   idi – Əli Laricani  təfərrüatları   AÇIQLADI
30 iyun 2025 19:20 (UTC +04:00)

İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI

İranın ali dini lideri Əli Xameneinin baş müşaviri Əli Laricani İran mediasına deyib ki, İsrail 12 günlük hərbi kampaniya zamanı hava hücumu ilə İranın ali rəhbərliyini öldürmək üçün planlaşdırılan əməliyyatı həyata keçirə bilməyib.

"İsraillilər İranın Ali milli təhlükəsizlik şurasının iclasının keçirildiyi yeri tapıblar və üç hakimiyyət qolunun başçılarını məhv etmək üçün zərbə endirməyi, sonra İranı tamamilə bitirmək üçün ali lideri ortadan qaldırmağı planlaşdırıblar, amma bu baş verməyib", - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Laricani deyib.

O, həmçinin əlavə edib ki, iyunun 12-də ondan 12 saat ərzində İranı tərk etməsi tələbi ilə hədələnib, əks halda İsrail tərəfindən məhv edilən digər yüksək rütbəli məmurlarla eyni aqibətlə üzləşəcəkdi.

Xəbər verilodiyi kimi, İsraillə 12 günlük silahlı münaqişənin sona çatması 36 illik hakimiyyətinin ən ciddi böhranı ilə üzləşən İranın ali lideri Əli Xamenei üçün dönüş nöqtəsinə çevrilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar