İsrail müdafiə naziri Xameneinin yerinə gələni ölümlə HƏDƏLƏDİ
04 mart 2026 11:02 (UTC +04:00)

İsrail müdafiə naziri Xameneinin yerinə gələni ölümlə HƏDƏLƏDİ

0

"Əli Xameneinin yerinə təyin ediləcək hər hansı bir lider açıq hədəf olacaq və aradan qaldırılacaq".

Lent.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, İran tərəfindən İsraili məhv etməyi, ABŞ-ı və azad dünyanı, region ölkələrini təhdid etməyi və İran xalqını təzyiq altında saxlamağı davam etdirmək üçün təyin edilən lider açıq hədəf olacaq və aradan qaldırılacaq.

Katz bildirib ki, onun kimliyi və harada gizlənməsi fərq etmir:

“Biz amerikalı tərəfdaşlarımızla birlikdə rejimin imkanlarını dağıtmaq və İran xalqının onu devirmək, eləcə də başqa bir hakimiyyətlə əvəz etmək üçün şərait yaratmaq məqsədilə tam gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar