İstanbulda 100 kiloqramdan  çox kokain ələ keçirildi
19 aprel 2026 05:35 (UTC +04:00)

İstanbulda 100 kiloqramdan çox kokain ələ keçirildi

0

Türkiyədə külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Lent.az Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbulda həyata keçirilən əməliyyat nəticəsində 106 kiloqram kokain ələ keçirilib.

Bu barədə Türkiyənin Ədalət naziri Akın Gürlək sosial media hesabında yazıb. O bununla beynəlxalq narkotik ticarətinə böyük zərbə vurulduğunu bildirib.

11 milyon ABŞ dolları dəyərində kokainin ələ keçirildiyi gəmi Panama bayrağı altında üzürmüş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar