Köln məscidlərində AZANA  icazə verildi:  BU ŞƏRTLƏRLƏ
09 oktyabr 2021 23:19 (UTC +04:00)

Köln məscidlərində AZANA icazə verildi: BU ŞƏRTLƏRLƏ


Almaniyanın Köln bələdiyyəsi cümə günləri məscidlərdə azan verilməsinə icazə verib. 

Lent.az xəbər verir ki, bələdiyyə sədrinin qərarı iki il ərzində müəyyən şərtlə tətbiq olunacaq. 

Qərara əsasən, cümə günləri 12:00-15:00 aralığında 5 dəqiqəni keçməmək şərti ilə azan verilə bilər. 

Bunun üçün hər məscid xüsusi müraciət etməlidir. Müraciət edən məscidlərin bölgələrinə görə qərar veriləcək. Azanın səsi müəyyən edilən yüksəkliyi keçməməli və məscidin yaxınlıqda yaşayan sakinlərə öncədən məlumat verilməlidir.  

Qeyd edək ki, bir milyondan çox əhalisi olan Köln şəhərində türklər təxminən 40 məscid tikdiriblər. Türklərdən başqa ərəb və bosniyalılar da şəhərdə  məscidlər tikib. Yeni tikilən məscidlərdə minarələr olsa da, səs ucaldanlardan istifadə qadağandır. 
 

# 1731
avatar

Nigar Adil

Oxşar yazılar