Almaniyada 62 yaşlı peşə kolleci müəlliməsinə 16 il ərzində xəstəlik vərəqəsi təqdim edərək işə getmədən tam maaş aldığı üçün dələduzluq ittihamı irəli sürülüb.
Lent.az xəbər verir ki, bu barədə “Focus Online” məlumat yayıb.
Məlumata görə, qadın 2009-cu ildən psixoloji xəstəlik səbəbindən işə getməyib.
Onun 2021-ci ildən dövlət büdcəsindən təxminən 250 min avro mənimsədiyi ehtimal olunur.
Saxta xəstəlik vərəqələrindən istifadə etdiyi bildirilən müəllimə tibbi müayinədən keçməkdən də imtina edib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.