Kolumbiyada güclü zəlzələ  baş verib – Ölənlər var  -  VİDEO
10 avqust 2026 19:04 (UTC +04:00)

Kolumbiyada güclü zəlzələ baş verib – Ölənlər var - VİDEO

0

Kolumbiyada 7,4 bal gücündə güclü zəlzələ qeydə alınıb. 

Lent.az bildirir ki, “The New York Times” qəzeti ABŞ Geoloji Xidmətinin məlumatlarına istinadən hadisə barədə məlumat yayıb.

Zəlzələlər yerli vaxtla səhər saat 7:34-də başlayıb. Zəlzələnin episentri kiçik San-Hosé-del-Palmar şəhərindən dörd kilometr şərqdə və Kolumbiyanın paytaxtı Boqotadan təxminən 240 kilometr aralıda yerləşib. Zəlzələ zamanı bir neçə nəfər xəsarət alıb, həmçinin Çoko departamentinin paytaxtı Kibdoda binalara da ziyan dəyib.

Digər məlumata görə, təkcə Manisales şəhərində 12 nəfər ölüb. 40 nəfərin yaralandığı barədə də məlumatlar var. Dəqiq ölənlərin sayı hələlik məlum deyil.

Mansales və Kali də daxil olmaqla bir neçə şəhərdə binaların fasadları uçub və onlarla ev dağılıb. Kolumbiyanın qərbindəki altı hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar