Kral bioqrafı Robert Hardman yeni kitabında iddia edir ki, monarx 12 nəticənin nənəsi idi və onların onunla bağlı xoş xatirələrə sahib olmalarından başqa bir şey istəmirdi.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, "II Yelizaveta: şəxsi həyatda. İctimaiyyətdə. Daxili hekayə" adlı kitabdan bir hissədə Hardman yazır ki, kraliça 2022-ci ilin yayında ənənəvi istirahəti üçün Şotlandiyadakı Balmoral qəsrinə gedərkən nəticələrini görmək istəyirdi.
“Kraliça istəyirdi ki, həmin yay bütün nəticələri müəyyən vaxtda Balmoral qəsrinə gəlsinlər”, - müəllif qeyd edir.
Ailə dostunun sözlərinə görə, o, bütün nəticələrinin onun haqqında həqiqətən xoş xatirələr saxlamasını istəyirdi. Ölümündən əvvəl kraliça 12 nəticənin ulu nənəsi idi. Onun vəfatından sonra isə daha iki nəticə dünyaya gəlib: şahzadə Yevgeniyanın ikinci oğlu Ernest Bruksbenk və şahzadə Beatrisin ikinci qızı Afina Mapelli-Mozzi.
Bildirilir ki, kraliça son dövrlərdə səhhətindəki problemlərlə mübarizə aparıb, lakin saray bu barədə rəsmi məlumat verməyib.
![]()
Hardman yazır ki, insayderlər yalnız yay aylarının sonunda onun “bir sıra problemlər” yaşadığını bildiriblər. 2022-ci il sentyabrın 6-da ölümündən iki gün əvvəl kraliça Balmoral qəsrində son rəsmi görüşlərini keçirib. O, vəzifədən gedən Böyük Britaniyanın baş naziri Boris Consonun istefasını qəbul edib və onun varisi Liz Trassı yeni baş nazir təyin edib.
![]()
Bu hadisə tarixi idi, çünki kraliçanın 70 illik hakimiyyəti dövründə ilk dəfə olaraq yeni baş nazir Londondakı Bukinqem sarayında deyil, Balmoral qalasında təyin olunmuşdu.