Maduro və arvadının ittihamı   BİLİNDİ
03 yanvar 2026 17:04 (UTC +04:00)

Maduro və arvadının ittihamı BİLİNDİ

1

ABŞ-da Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores barəsində narkoterrorizm maddəsi üzrə ittiham irəli sürülüb.

Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Pamela Bondi X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Qeyd olunub ki, Maduro və arvadı kokainin ABŞ-a daşınmasında, həmçinin qanunsuz silah saxlanılmasında ittiham olunur.

Baş prokurorun sözlərinə görə, yaxın vaxtlarda onlar Amerika ədalət mühakiməsinin bütün sərtliyi ilə üzləşəcəklər.

Xatırladaq ki, Nikolas Maduro və xanımı bu gün ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1000

Oxşar yazılar