Maşın çaya aşdı, 6 nəfərlik ailə  boğuldu
10 iyul 2025 15:46 (UTC +04:00)

Maşın çaya aşdı, 6 nəfərlik ailə boğuldu

Malayziyada Hedad Sultanlığından olan itkin düşmüş ailə çayda batan, içərisi su ilə dolu avtomobildə tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, iyulun 4-də Məhəmməd Azim İzət İsxaq, həyat yoldaşı Nurul və onların dörd övladı – böyüyü yeddi, kiçiyi isə cəmi altı aylıq olmaqla – kişinin bacısının yaşadığı Taman-Seri-Aman adlı yaşayış məntəqəsində qonaq olublar. Bacısı onları bir qədər daha çox qalmağa, yaxşıca dincəlməyə razı salmağa çalışsa da, onlar səhər saat altıya yaxın, təxminən 05:30-da erkən yola çıxmağa qərar veriblər.

Bir neçə saat sonra məlum olub ki, İsxaq ailəsi ilə birlikdə evə çata bilməyib. Onunla əlaqə saxlamaq mümkün olmayıb. İyulun 5-də qohumları polisə müraciət ediblər. İyulun 7-də isə yol kənarındakı çayın dibində, su ilə dolmuş avtomobildə kişi, qadın və uşaqlara aid cəsədlər aşkar edilib. Avtomobili tapmaq yalnız suyun səviyyəsi azaldıqdan sonra mümkün olub – çünki o zaman maşının damı suyun səthindən görünməyə başlayıb.

İstintaq müəyyən edib ki, güclü yağışlar nəticəsində çaydakı suyun səviyyəsi adi haldan daha yüksək olub və İsxaq sükanı itirərək avtomobili çaya aşırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7214

Oxşar yazılar

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09