"Amerikada əslində orta təbəqə insanlardan təşkil olunmuş 80%-i təmsil edən yeni bir siyasi partiya yaratmağın vaxtı çatmayıbmı?"
Lent.az xəbər verir ki, ABŞ-da Hökumətin Effektivliyi Agentliyinin (DOGE) sabiq rəhbəri olmuş məşhur iş adamı İlon Mask öz “X” hesabında bu sözləri yazaraq sorğu keçirib.
Sorğuda 2 milyona yaxın insan iştirak edib. Sorğuda iştirak edənlərin 82 %-i suala "bəli" deyərək cavab verib. 18 % isə bu fikri dəstəkləməyib.
Qeyd edək ki, Mask bu açıqlamanı ABŞ prezidenti Donald Trampla münasibətlərinin gərginləşməsi fonunda yazıb.
Tramp da Maskın administrasiyadan uzaqlaşmasından sonra aralarındakı münasibətin korlandığını etiraf edib.