Meksika prokurorluğu 30 iyul–2 avqust tarixlərində aparılan axtarış işləri nəticəsində 32 nəfərə aid insan qalıqlarının tapıldığını təsdiqləyib.
Lent.az xəbər verir ki, polis bu dəhşətli kütləvi məzarlığı ölkənin mərkəzində yerləşən Guanaxuato ştatının La-Kalera yaşayış məntəqəsində aşkarlayıb.
"La-Kalera ərazisində aparılan istintaq tədbirləri nəticəsində 32 nəfərin meyiti aşkar edilib. Onlardan 15-nin şəxsiyyəti müəyyən olunub", - ştat prokurorluğunun rəsmi açıqlamasında deyilir.
Yerli "Guanajuato" telekanalının məlumatına görə, meyitlər parçalanmış və bərbad vəziyyətdə tapılıb.
Bu səbəbdən şəxsiyyətin müəyyənləşdirilməsi üçün genetika, antropologiya və məhkəmə stomatologiyası sahəsində ixtisaslaşmış mütəxəssislərin iştirakı tələb olunub.