“Mersedes”  223 min maşınını geri çağırır
22 iyul 2025 04:33 (UTC +04:00)

“Mersedes” 223 min maşınını geri çağırır

“Mersedes-Benz” şirkəti 2002-ci ilin dekabrından 2006-cı ilin fevralınadək istehsal olunmuş “Viano” və “Vito” model 223 min avtomobili texniki nasazlığa görə geri çağırır. Həmin avtomobillərin 60 mindən çoxu Almaniyadadır.

Lent.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, buna səbəb həmin avtomobillərin hava yastığı sistemində qüsurun olmasıdır. Belə ki, “airbag” açıldığı zaman metal parçaların qopması səbəbilə xəsarət riskinin mövcud olduğu aşkar edilib.

Şirkət müştərilərin geriçağırılma barədə yazılı şəkildə məlumatlandırılacağını bildirib. Problemin aradan qaldırılması üçün “Mersedes-Benz”in xidmət mərkəzləri müvafiq avtomobillərdə hava yastığını yoxlayacaq və lazım gələrsə dəyişəcək. Təmir prosesi təxminən bir saat çəkəcək və avtomobil sahibləri üçün ödənişsiz olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353

Oxşar yazılar