Müctəba Xamenei təcili Rusiyaya  təxliyə edilib – İDDİA
15 mart 2026 13:32 (UTC +04:00)

Müctəba Xamenei təcili Rusiyaya təxliyə edilib – İDDİA

0

İranın yeni ali lideri Müctəba Xamenei gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.

Lent.az bildirir ki, Küveytin "Əl-Cəridə" qəzetinin məlumatına görə, İranın öldürülən ali lideri Əli Xameneinin oğlu Müctəba Xamenei gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb və orada müalicə alır.

Nəşrin məlumatına görə, təxliyə Müctəba Xameneinin yaralanmasından sonra gizli əməliyyatın bir hissəsi kimi həyata keçirilib. İddialara görə, o, İrandan çıxarılandan sonra hazırda müalicə aldığı Rusiyaya aparılıb. Hələlik bu məlumat Tehran və ya Moskva tərəfindən rəsmi təsdiqlənməyib.

İran liderinin taleyi ilə bağlı xəbərlər fonunda ABŞ prezidenti Donald Tramp Amerika televiziyasına verdiyi müsahibədə onun mümkün məhvi ilə bağlı xəbərlərin olduğunu bildirib. Tramp bildirib ki, əgər Müctəba Xamenei hələ də sağdırsa, təslim olmalıdır.

Bir müddət əvvəl ABŞ prezidenti həmçinin İranın yeni ali liderinin Tehrandakı hədəflərə endirilən zərbələr zamanı ağır yaralana biləcəyini də bildirib.

Müctəba Xamenei, hərbi əməliyyatın əvvəlində atası Əli Xameneinin öldürülməsindən sonra, martın 8-də İranın ali lideri elan edilib. O vaxtdan bəri o, ictimaiyyət qarşısına çıxmayıb və ya heç bir rəsmi açıqlama verməyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar