Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən 4 kosmonavt Yerə vaxtından əvvəl qaytarılacaq. Buna səbəb onlardan birinin səhhətində yaranan problemlərdir.
Lent.az xəbər verir ki, ABŞ Aerokosmik agentliyi NASA məlumat verib. Lakin kosmonavtın hansı xəstəlikdən əziyyət çəkdiyi vurğulanmır.
NASA-nın məlumatında yaxın günlərdə 4 nəfərlik heyətin Yerə qayıdacağı bildirilir. Onların arasında bir Rusiya vətəndaşı da var.