Nikaraquanın ilk qadın prezidenti vəfat etdi
14 iyun 2025 23:34 (UTC +04:00)

Nikaraquanın ilk qadın prezidenti vəfat etdi

Nikaraqua tarixində ilk qadın Prezident  Violeta Barrios de Çamorro uzun sürən xəstəlikdən sonra vəfat edib.

APA xəbər verir ki, bu barədə onun oğlu, jurnalist Karlos Fernando Çamorro sosial şəbəkədə paylaşım edib.

95 yaşlı sabiq dövlət başçısı Kosta-Rikanın San-Xose şəhərində dünyasını dəyişib.

Məlumata görə, Violeta Barrios de Çamorronun nəşi San-Xosedə dəfn ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar