Orban:  Seçkilərin nəticəsi bizim üçün ağrılıdır, amma aydındır
13 aprel 2026 00:20 (UTC +04:00)

Orban: Seçkilərin nəticəsi bizim üçün ağrılıdır, amma aydındır

0

"Seçkilərin nəticələri hələ yekun deyil, lakin vəziyyət aydın və başa düşüləndir".

Lent.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban xalqa müraciətində bildirib.

“Nəticə bizim üçün ağrılıdır, amma aydındır. İdarəetmə məsuliyyəti və imkanı bizə verilmədi. Qalibi təbrik etdim”, - Orban vurğulayıb.

"Reuters" agentliyinin məlumatına görə, Macarıstan parlament seçiklərində səslərin 60,24%-i sayıldıqdan sonra müxalif “Tisa” 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib.

Hakim “Fides” koalisiyası 56, “Bizim Vətən” partiyası isə 7 yer qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar