Peterburqda azərbaycanlı "qanuni oğru"  saxlanıldı
10 iyun 2026 00:21 (UTC +04:00)

Peterburqda azərbaycanlı "qanuni oğru" saxlanıldı

0

Rusiya hüquq-mühafizə orqanları Sankt-Peterburqda azərbaycanlı “qanuni oğru” kimi tanınan Yusif Əliyevi saxlayıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsindəki mənbə 54 yaşlı Əliyevin 2008-ci ildən beynəlxalq axtarışda olduğunu bildirib.

Mənbənin sözlərinə görə, o, iki və ya daha çox şəxsin qətli də daxil olmaqla bir sıra ağır cinayətlərdə ittiham olunur.

Bildirilib ki, Yusif Əliyev iyunun 9-da səhər saatlarında Sankt-Peterburqun Makarov sahilində yerləşən evlərdən birində saxlanılıb.

“Kommersant” qəzetinin məlumatına görə, Əliyev digər ittihamlarla yanaşı, cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda da təqsirləndirilir. Bu maddə üzrə onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Nəşr yazır ki, 2009-cu ilin martında Yusif Əliyev və daha üç “qanuni oğru” Moskvada restoranlardan birində keçirilən kriminal toplantı zamanı hədə-qorxu yolu ilə tələb etmə və adam oğurluğu şübhəsi ilə saxlanılıblar.

Həmin əməliyyat zamanı Əliyevlə yanaşı, Azərbaycan əsilli kriminal avtoritetlər Əlibala Həmidov (Qoca Yasamalski) və Məmməd Hüseynov (Masallı Mamed), eləcə də Gürcüstanda anadan olmuş Teymuraz Faroyan da saxlanılıb.

Məlumata görə, Yusif Əliyev saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılıb və bundan sonra gizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar