İkiqat Olimpiya çempionu qızı tərəfindən zorakılıqda  ittiham olundu
27 iyul 2026 05:31 (UTC +04:00)

İkiqat Olimpiya çempionu qızı tərəfindən zorakılıqda ittiham olundu

0

Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu, rusiyalı Oksana Qrişukun qızı Skayler Mari Qreys Qrişuk anası tərəfindən məişət zorakılığına məruz qaldığını bildirib.

Lent.az xəbər verir ki, bu barədə qız sosial şəbəkə hesabında paylaşım edib.

Skaylerin sözlərinə görə, o, uzun illər ərzində məşhur idmançı tərəfindən fiziki və emosional zorakılığa məruz qalıb.

"Heç vaxt belə şəxsi məsələni paylaşmalı olacağımı düşünməzdim, çünki bunu uzun illər sirr olaraq saxlamışdım. Amma nəhayət, anamla bağlı məişət zorakılığı barədə polisə ərizə verdim. Fiziki və emosional zorakılıq faktlarından, eləcə də psixoloji travmadan sonra bu addımı atdım", - deyə o yazıb.

O, göstərilən dəstəyə görə hər kəsə təşəkkür edib və bunun çox çətin qərar olduğunu qeyd edib.

Skayler 2002-ci ildə ABŞ-da doğulub və anası onu tək böyüdüb. Oksana Qrişuk fiqurlu konkisürmənin buz üzərində rəqs növü üzrə Yevgeni Platovla duetdə iki dəfə Olimpiya çempionu, dörd dəfə dünya və üç dəfə Avropa çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar