Qubada ikimərtəbəli  yaşayış evi yandı-YENİLƏNİB
26 iyul 2026 20:20 (UTC +04:00)

Qubada ikimərtəbəli yaşayış evi yandı-YENİLƏNİB

0

Quba rayonunda ikimərtəbəli yaşayış ehvində yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Pirvahid kəndində qeydə alınıb.

Yanğın kənd sakini Tarverdiyev Qəzənfər Ənvər oğluna məxsus ümumi sahəsi 320 kvadratmetr olan, hər mərtəbəsi 160 kvadratmetr təşkil edən ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Yanğın nəticəsində evin dam örtüyü və ikinci mərtəbəsinin 130 kvadratmetr sahəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ikinci mərtəbədə yerləşən bir otaq, eləcə də birinci mərtəbə tam şəkildə alovdan mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğın elektrik şəbəkəsində baş vermiş qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.
 

***
20:12


Quba rayonunda yaşayış evində yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Pirvahid kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, kənd sakininə məxsus ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

Yanğının başvermə səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar