Son zamanlar xeyriyyə işləri ilə gündəmə gələn Çelik indi fərqli bir səbəbdən xəbərlərdə yer alır.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, məşhur müğənni balıq bazarında vanna süngərləri satarkən görüntülənib və o, bu anı sosial media hesabında paylaşaraq köşkü ələ keçirməsinin səbəbini izah edib.
Çelik bildirib ki, hər zaman dəstək maddi yardımla ölçülmür: "Bəzən paylaşmaq pul vermək deyil, sadəcə onların yanında olmaqdır. Fürsətim olduqda onların yanında dayanmağa çalışıram. Təkcə varlığım belə onlara dəstək olur, özlərini tənha hiss etmirlər. Əlbəttə, bunun sayəsində bir az satış da olur".
Xatırladaq ki, Çelik son aylarda xüsusilə zəlzələ bölgələrində ərzaq mağazaları və apteklərə baş çəkərək ehtiyaclı insanların nisyə borclarını ödəməsi ilə böyük rəğbət qazanmışdı.
Balıq bazarında onu görən vətəndaşlar isə müğənni ilə söhbət edib, həm də ona dəstək olmaq üçün hamam lifi alıblar. Həmin görüntülər sosial şəbəkələrdə qısa zamanda geniş maraq doğurub.