Qadın keçmiş sevgilisini qaçırıb zorladı
16 iyul 2025 11:55 (UTC +04:00)

Qadın keçmiş sevgilisini qaçırıb zorladı

Zimbabvedə 26 yaşlı Amanda Çisanqa Çakanyuku keçmiş sevgilisi, 38 yaşlı Linos Qapanqı qaçırmaq və zorlamaq ittihamı ilə həbs edilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə iyulun 12-də Harare şəhərində baş verib. Çakanyuka və beş şəriki Qapanqanın evinə gəlib. Onu keçmiş sevgilisinə təcavüz etməkdə və qadını hamilə buraxmaqda günahlandırıblar.

Adamı zorla maşına mindirib otelə aparıblar və orada Çakanyuka ilə müdafiəsiz cinsi əlaqədə olmağa məcbur ediblər. Bundan sonra onlar Qapanqadan 142 dollar götürərək qaçıblar.

Qadın həbs edilib. O və şərikləri adam oğurluğu, eləcə də soyğunçuluqda ittiham olunurlar. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096

Oxşar yazılar