Qadını mərcə girib heykələ dırmaşdırdılar,  saxlanıldı
23 aprel 2026 11:49 (UTC +04:00)

Qadını mərcə girib heykələ dırmaşdırdılar, saxlanıldı

0

Polis XVI əsrə aid mərmərdən hazırlanmış heykəlin üzərinə dırmaşaraq mərcə görə onun intim nahiyəsinə toxunan 28 yaşlı qadını saxlayıb. Mütəxəssislər “Fontana del Nettunod”a dəymiş ziyanı minlərlə avro məbləğində qiymətləndiriblər. Bu fəvvarə Piazza della Signoria meydanında yerləşir.

Lent.az xarici mediaya istinadla bildirir ki, vətəndaşlığı açıqlanmayan turist qadın polis tərəfindən aşkar edilərək operativ şəkildə abidənin üzərindən endirilib. Qadın etiraf edib ki, rəfiqələri onu mərcə görə Neptuneun intim nahiyəsinə toxunmağa təhrik ediblər.

Hadisə yerinə gələn ekspertlər abidəni yoxlayaraq müəyyən ediblər ki, bu hərəkət əhəmiyyətsiz görünsə də, əslində həm qadının üzərində gəzdiyi at fiqurlarının ayaqlarına, həm də sürüşməmək üçün tutduğu frizə müəyyən ziyan vurub. Şəhər hakimiyyəti bərpa işlərinin dəyərini 5 min avro olaraq qiymətləndirib. Qadına bədii və memarlıq irsinə ziyan vurma maddəsi ilə ittiham irəli sürülüb. Bu səbəbdən gəlin öz toy günü elə 5 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, abidə heykəltəraş Bartolomeo Ammannati tərəfindən Kozimo I de Mediçinin sifarişi ilə 1559-cu ildə onun oğlu Fransesko I de Mediçinin avstriyalı Coanna ilə evliliyi şərəfinə yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar