Rekord çəkidə qılınc balığı tutuldu - Nadir HADİSƏ
14 yanvar 2026 12:55 (UTC +04:00)

Rekord çəkidə qılınc balığı tutuldu - Nadir HADİSƏ

0

Yeni Zelandiyada yeniyetmə Çarli Rou 137,4 kiloqram çəkidə qılınc balığı tutaraq dünya rekordu müəyyən edib.

Lent.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Balıqçılığı Assosiasiyası (IGFA) məlumat yayıb.

Balıq 15 may 2025-ci ildə “Rowe De O” adlı gəmidə tora düşüb. Ov prosesində IGFA mükafatı laureatı Tommi Gifford və Con Batterton da iştirak edib. Tutulan balığın çəkisi sertifikatlaşdırılmış tərəzilərdə təsdiqlənib.

2025-ci ilin dekabrında bu qılınc balığı, 15 kiloqrama qədər qırılma yükünə malik ov xətti (misina) istifadə edən oğlan tərəfindən tutulmuş dünyanın ən böyük qılınc balığı kimi tanınıb. IGFA qaydalarına görə, uşaq rekordlarında məhz bu cür məhdudiyyətlər nəzərə alınır.

Qılınc balığı — uzun, qılınca bənzər burnu və yüksək sürətlə hərəkət etmək qabiliyyəti ilə tanınan yırtıcı balıqdır. Onlar təbii şəraitdə tropik və subtropik sularda yaşayır. Bu ölçüdə balığın tutulması olduqca nadir hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar