ABŞ məhkəməsi əsas şahidin təxminən otuz il sonra etiraf etdiyi qətl ittihamı ilə 27 il həbs cəzası çəkən şəxsi azad edib.
Lent.az xəbər verir ki, bu haqda NBC telekanalı məlumat yayıb.
"Minnesota ştatından olan bir adam törətmədiyi qətlə görə 27 il cəza çəkdikdən sonra həbsxananı tərk edir. 54 yaşlı Brayan Huper çərşənbə günü ştat hakiminin onun hökmünü ləğv etməsindən sonra azadlığa buraxılıb", - deyə telekanalın saytı Minnesota ştatındakı Hennepin Dairə Prokurorluğundan verilən açıqlamaya istinadən xəbər verir.
Qeyd olunur ki, Brayanın azadlıqdan məhrum edilməsi hazırda həbsdə olan şahidin yalan ifadəsinə əsaslanıb. Qadın vicdanının onu narahat etdiyini iddia edib və o, təxminən otuz ildən sonra ifadəsini geri götürmək və qətli törətdiyini etiraf etmək qərarına gəlib.