Hindistan-Pakistan müharibəsi başladı  - 8 ölü, 35 yaralı - VİDEO  - YENİLƏNİB2
07 may 2025 03:56 (UTC +04:00)

Hindistan-Pakistan müharibəsi başladı - 8 ölü, 35 yaralı - VİDEO - YENİLƏNİB2

Hindistan ordusunun Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu haqda “Geo TV” Pakistan ordusuna istinadən məlumat yayıb.

Məlumata görə daha iki nəfər itkin düşüb.

***

01:10

Hindistanın beş şəhərə raket hücumları nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Lent.az xəbər verir ki, bu haqda hərbi mənbələrə istinadən “Geo TV” məlumat yayıb.

***

00:49

Pakistanın Kəşmir bölgəsindəki Müzəffərabad şəhəri yaxınlığında çoxsaylı partlayışlar baş verib.

APA xəbər verir ki, Pakistan ordusunun mətbuat xidməti Hindistanın üç bölgədən hücuma keçdiyini açıqlayıb.

Məlumatda Hindistanın üç ayrı yerdən Pakistan ərazisinə raket hücumu etdiyi bildirilib.

Pakistan tərəfi hücumlara qarşılıq veriləcəyini bildirib.

Hindistan Silahlı Qüvvələri də açıqlamasında, Pakistanın işğalı altında olan Cammu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək "Sindoor əməliyyatı"nın başladığını açıqlayıb.

9 rayonun hədəf alındığı bildirilən açıqlamada Pakistana aid heç bir hərbi obyektin hədəf alınmadığı vurğulanıb.

Hindistan hökuməti atılan addımların qarşıdurmaya yol açmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1312

Oxşar yazılar