Qidalanmanızda çatışmayan  bu element arıqlamağınıza mane olur
06 may 2025 13:56 (UTC +04:00)

Qidalanmanızda çatışmayan bu element arıqlamağınıza mane olur

Siz tərəvəz yeyir, su içir, şirniyyatlardan uzaq durursunuz, amma çəki azalmır?

Bəlkə də siz pəhrizin əsas açar elementini buraxırsınız – və söhbət nə zülaldan, nə də vitaminlərdən gedir.

Bu sıradan və dadsız hesab olunan – lifdir (kletçatka).

Əslində, məhz lif toxluqdan tutmuş qidaların mənimsənilməsinə qədər bir çox şeyi tənzimləyir.

Lent.az bununla bağlı məlumatları təqdim edir:

Lif (kletçatka) nədir və necə işləyir?

Lif - orqanizmin həzm etmədiyi qida lifləridir. O, bağırsaqları təmizləyən süpürgə kimi işləyir və şəkərin sorulmasını ləngidir. Məsələn, qabıqlı alma — təmizlənmiş almadan daha çox lif verir. Bu da qanda qlükozanın səviyyəsinin yavaş və sabit qalması deməkdir, ani yüksəlişlərin qarşısını alır.

Lif çatışmazlığının nəticəsi

Əgər siz gün ərzində 20 qramdan az lif qəbul edirsinizsə, halbuki norma 30–40 qramdır, bu zaman:

Karbohidratlar çox tez mənimsənilir

Toxluq hissi qısa çəkir

Tez acırsınız və bu, həddindən artıq yeməyə gətirib çıxarır

Lif harada var?

Yalnız tamtaxıllı çörəkdə deyil:

Çia, kətan və psyllium (qatıqda və ya sıyıqda istifadə oluna bilər)

Brokoli, avokado, moruq - yüksək lif mənbələridir

Amma diqqət: çoxları çiy tərəvəzlərlə həddini aşır - bu da mədədə qıcıqlanma yarada bilər. Əgər həzm sisteminiz həssasdırsa, tərəvəzləri buxarda bişirin – bu zaman lif yumşalır, amma faydasını itirmir.

Lif və su – ayrılmaz ikili

Lif yalnız kifayət qədər su ilə birlikdə işləyir. Əks halda, qida lifləri bədəndə bərk kütləyə çevrilərək qəbizliyə səbəb ola bilər. Lifli qida qəbul etdikdə mütləq 1 stəkan su için.

Diqqət: Lif qəbuluna yavaş-yavaş başlayın

Rasionda lifin miqdarını birdən-birə artırmaq qarında köp yarada bilər. Buna görə başlanğıc üçün 1 çay qaşığı kəpək (otruşka) əlavə edin və porsiyanı tədricən artırın.

Nəticə

Lif – sadə, amma güclü bir vasitədir. Əgər siz düzgün yeyirsiniz, amma çəki hələ də dayanıbsa, bəlkə də sadəcə qida lifinə daha çox yer ayırmalısınız.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar