Çeçenistan lideri Ramzan Kadırov tezliklə vəzifəsini tərk edə bilərmi?
Lent.az bildirir ki, sosial şəbəkələrdə onun istefası ilə bağlı şayiələr yayılıb. Bəziləri hətta Kadırovun vəzifəsindən getməyə məcbur olacağını yazıblar. Jurnalistlər həqiqəti öyrənməyə çalışıblar.
Ramzan Kadırov istefası ilə bağlı yayılan xəbərləri təkzib etməyib. O, bunu xahiş etdiyini və postunu tərk edə biləcəyinə ümid etdiyini bildirib.
"Bu şayiələri mən də eşitmişəm. Onlar müxtəlif cür şeylər yazır. Əksinə, mən özüm xahiş edirəm ki, vəzifəmdən azad olunum. Başqasının öz təşəbbüsü, öz baxışı olacaq. "Ümid edirəm ki, xahişim dəstəklənəcək", - Ramzan Kadırov deyib.