Süveydada təhlükəli olay
03 avqust 2025 14:39 (UTC +04:00)

Süveydada təhlükəli olay

Suriyanın Süveyda bölgəsində yenidən toqquşmalar başlayıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Suriyanın “Ekhbariya TV” dövlət telekanalı məlumat yayıb.

Qeyd edilib ki, ötən gecə Süveydada təhlükəsizlik qüvvələrinə hücum olub. Nəticədə 1 nəfər ölüb, yaralılar var.

Xatırladaq ki, Süveydada 13 iyul tarixində Bədəvi ərəblərlə bəzi Dürzi qruplar arasında silahlı toqquşmalar başlayıb. Müdaxilə üçün bölgəyə gələn Suriya təhlükəsizlik qüvvələri pusquya salınıb.

Genişlənən qarşıdurmalar atəşkəslə dayandırılsa da, Hikmət əl-Həcriyə bağlı Dürzi qüvvələri atəşkəsi pozub.

İsrail ordusu 16 iyulda Suriya Prezident Aparatı, Baş Qərargah və Müdafiə Nazirliyini hədəfə alıb.

Suriya ordusu Süveydadan geri çəkildikdən sonra Həcri qrupu Bədəvi ailələri məcburi köçürməyə və edamlara başlayıb. Xaricdən minlərlə döyüşçü Bədəvi ərəblərə dəstək üçün bölgəyə gəlib.

İyulun 20-də Suriyanın Əs-Suveyda şəhərində silahlı qarşıdurmalar tamamilə dayandırılmışdı.

İyulun 13-dən 20-nə qədər toqquşmalar nəticəsində 1 339 nəfər həyatını itirib. Ölənlərdən 657 nəfəri Suveyda əyalətinin sakinləri, 464 nəfər müdafiə və daxili təhlükəsizlik qüvvələrinin əməkdaşları olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262

Oxşar yazılar