Amerika prezidenti gündəlik həyatı, sağlamlığı və sevimli yeməkləri haqqında ətraflı danışıb.
ABŞ prezidenti Donald Tramp səhhətinin "əla" olduğunu iddia edir və bu, ona Ağ evdə 9-10 saat işləməyə imkan verir. O, tez-tez köməkçilərinə gecəyə qədər mesaj göndərir.
Lent.az-ın xəbərinə görə, Amerika lideri bu barədə "The Wall Street Journal"a müsahibədə danışıb.
Səhhəti barədə danışan Tramp, gündəlik olaraq tövsiyə edilən minimum dozadan dörd dəfə çox aspirin qəbul etdiyini etiraf edib. O, əlavə edib ki, həkimlər ona dərman qəbulunu azaltmağı məsləhət görürlər.
Amerika prezidenti yeməkdə seçici olmadığını və “McDonald's”da yeməkdən zövq aldığını iddia edir. O, enerjisini valideynlərindən gələn "çox yaxşı genetika" ilə əlaqələndirir.
Tramp həmçinin qeyd edib ki, qolfdan başqa müntəzəm idmanla məşğul olmur və onun sözlərinə görə, bu, yorulmadığı yeganə fəaliyyətdir.
Gündəlik işindən danışan Donald Tramp qeyd edib ki, o, adətən səhər saat 10-dan axşam saat 7-yə və ya 8-ə qədər Oval kabinetdə işləyir.
O, həmçinin gec yatdığını və tez-tez köməkçilərinə və ya “Fox News”da izlədiyi insanlara gecə saat 2 radələrində mesaj yazdığını etiraf edib.