Tramp TikTok-un bloklanmasını təxirə saldı
18 iyun 2025 05:45 (UTC +04:00)

Tramp TikTok-un bloklanmasını təxirə saldı

ABŞ Prezidenti Donald Tramp Çinin "TikTok" sosial şəbəkəsini Birləşmiş Ştatlar ərazisində bloklanmasının 90 gün müddətinə təxirə salınması qərarını verib.

Lent.az xəbər verir ki, bu barədə 17 iyun tarixində Ağ Evin mətbuat katibi Kerolayn Livittin yazılı açıqlamasında bildirilib.

“Həftə ərzində Prezident Tramp əlavə fərman imzalayacaq ki, TikTok fəaliyyətini davam etdirə bilsin. Bu təxirəsalma 90 gün davam edəcək və həmin müddətdə ABŞ administrasiyası amerikalıların TikTok-dan təhlükəsiz şəkildə istifadə edə bilməsi üçün lazımi razılaşmanın əldə olunmasına çalışacaq”, – deyə bəyanatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar