Tramp Vensə məktub qoyub: Başıma bir şey gəldə....
14 may 2026 02:36 (UTC +04:00)

Tramp Vensə məktub qoyub: Başıma bir şey gəldə....

0

ABŞ prezidenti Donald Trump prezidentlik müddəti başa çatmamış onu dövlət başçısı postunda əvəz etməli olacağı təqdirdə, ABŞ vitse-prezidenti Ceyms Devid Vens üçün ətraflı təlimatları əks etdirən məktub qoyub.

Lent.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastian Gorka “New York Post” qəzetinə müsahibəsi zamanı məlumat verib.

“Ona bir şey olacağı təqdirdə Vensin nə edəcəyi ilə bağlı prezidentin iş masasının dolabında vitse-prezidentə ünvanlanmış məktub var. İnanın, belə hallar üçün protokollar mövcuddur. Mən onları müzakirə edə bilmərəm, amma onlar var”, - Gorka deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar